Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefa verib - FOTO

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefa verib - <font color=red>FOTO</font>
# 09 noyabr 2012 08:55 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə “Nezavisimaya qazeta” məlumat yayıb. Yeni müdafiə naziri Sergey Şoyqu istefanı qəbul edib, lakin S. Makarov yalnız prezident və ali baş komandan Vladimir Putinin qərarı ilə istefaya göndərilə bilər. İstefanın səbəbi açıqlanmayıb.

Xatırladaq ki, müdafiə naziri Anatoli Serdyukov nazirlik sistemində (“Oboronservis” müəssisəsində) ortaya çıxan korrupsiya halları ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb. Nazirlikdə Hərbi Prokurorluq, Federal Təhlükəsizlik Xidmətinin (FSB) hərbi əks-kəşfiyyat departamenti və Hesablama Palatası tərəfindən aparılan yoxlamalar zamanı daha 10 dələduzluq halı müəyyən edilib. Söhbət Müdafiə Nazirliyinə məxsus əmlakın real dəyərindən çox aşağı qiymətə satılmasından gedir. Bu qanunsuz satışlar nəticəsində dövlətə təxminən 1 milyard rubl ziyan dəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR