«Bank Standard Trader» kiçik əməliyyatlar üçün komissiya haqqını ləğv edib

«Bank Standard Trader» kiçik əməliyyatlar üçün  komissiya haqqını ləğv edib
# 27 noyabr 2012 14:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» ASC «Bank Standard Trader» online platformasında hesab açmaq istəyənlərin nəzərinə çatdırırıq ki, «Bank Standard Trader» «FOREX»də kiçik həcmdə açılan əməliyyatlara tutulan 20 ABŞ dolları məbləğində komissiya haqqını ləğv edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq platforma üzrə minimal məbləğlə ticarət aparmaq olar ki, bu da riskləri əhəmiyyətli şəkildə azaldacaq və düzgün ticarət zamanı marjanın çoxalmasının qarşısını alacaq.

Bununla əlaqədar olaraq, «Bank Standard Trader» platfromasında real ticarət hesabı açmaq üçün tələb olunan minimal məbləğ 1 000 dollardan 500 dollara qədər endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR