Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb
# 13 noyabr 2012 17:30 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bildirib ki, bazar günü Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə, itkin düşənlərin sayı isə 10 nəfərə çatıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, ölkədə yüzlərlə bina dağılıb və zədələnib. İrravandi çayı üzərində olan körpü qismən uçub.

Bildirilir ki, Myanmanın mərkəzi rayonlarında təkrar yer təkanları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR