Azərbaycana MDB-dən idxal olunan məhsullar 2% bahalaşıb

Azərbaycana MDB-dən idxal olunan məhsullar 2% bahalaşıb
# 16 iyun 2016 10:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin aprel ayında idxal olunan məhsulların qiymətləri mart ayı ilə müqayisədə 0,2%, MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 1,9% bahalaşıb, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri isə 0,3% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, cari ilin aprel ayında ixrac olunan məhsulların qiymətləri martla müqayisədə 5,4% bahalaşıb.

Eyni zamanda, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 1,7%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri isə 5,9% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR