Əhməd Davudoğlu Azərbaycan xalqına başsağlığı verib - VİDEO

Əhməd Davudoğlu Azərbaycan xalqına başsağlığı verib - <span style="color: red;">VİDEO
# 01 avqust 2014 20:49 (UTC +04:00)

APA-nın haberler.com-a istinadən verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyində İraq Türkmən cəbhəsinin sədri Erşad Salihini qəbul edən Türkiyə xarici siyasət idarəsinin rəhbəri Davudoğlu, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində 8 Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla telefonla danışdığını bildirən Davudoğlu, Qarabağ münaqişəsinin həll olunmamasının bu cür təxribatlara səbəb olduğunu qeyd edib. Davudoğlu Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacibliyini qeyd edib.

“Şəhid olan 8 Azərbaycanlı qardaşımıza görə xalqımız və dövlətimiz adından başsağlığı verirəm. 8 şəhidin kədərini ürəyimizdə hiss edirik”, deyə Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR