MDB ölkələri inteqrə olunmuş valyuta bazarı sahəsində əməkdaşlıq etmək niyyətindədir

MDB ölkələri inteqrə olunmuş valyuta bazarı sahəsində əməkdaşlıq etmək niyyətindədir
# 10 may 2012 10:56 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. MDB üzvü olan ölkələrin inteqrə olunmuş valyuta bazarı sahəsində əməkdaşlıq haqqında saziş layihəsi birlik üzvü olan ölkələrin Hökumət Başçıları Şurasının mayın 30-da Aşqabadda keçiriləcək iclasının gündəliyinə salınıb.

APA-Economics”in MDB İcraiyyə Komitəsinə istinadən xəbərinə görə, layihəyə əsasən hər bir ölkə tərəflərin valyuta əməliyyatları keçirmək hüququ olan rezident banklarını banklararası konversiya əməliyyatlarının keçirilməsi üçün öz milli bazarına buraxmağı öhdəsinə götürür.

Sənəd MDB-nin inteqrə olunmuş valyuta bazarında tərəflərin rezident banklarının iştirakı üçün bərabər hüquqlu və qarşılıqlı faydalı şərait yaradılmasını nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR