Azərbaycanda neft-qaz hasilatı azalıb

Azərbaycanda neft-qaz hasilatı azalıb
# 12 oktyabr 2012 13:15 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 76,4%-i mədənçıxarma bölməsində, 18,3%-i emal bölməsində, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub: «Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5,7% azalıb, emal bölməsində 7,9%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,8%, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 2,6% artıb».

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,7% artıb, neft sektorunda isə 5,6% azalıb.

Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 32,8 mln. ton, əmtəəlik qaz hasilatı isə 12,8 mlrd. kubmetr təşkil edib. Ötən ilin 9 ayı ilə müqayisədə neft hasilatı 7,6%, qaz hasilatı isə 34% azalıb.

«Emal sektorunda qida məhsulları istehsalı 3,1%, içki 10,5%, toxuculuq sənayesi məhsulları 2,3 dəfə, geyim 55,9%, poliqrafiya məhsulu 1,9 dəfə, rezin və plastik məmulatlar 2,9 dəfə, tikinti materialları 19,4%, metallurgiya məhsulu 16,6%, hazır metal məmulatları 1,7 dəfə, elektrik avadanlıqları 2,1 dəfə, sair nəqliyyat vasitələri 20,1%, mebel istehsalı 3,1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri isə 26% artıb», - deyə Komitədən bildirilib.

Doqquz ay ərzində 15,4 mlrd. kV/saat, yaxud 10,5% çox elektrik enerjisi istehsal olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR