Natiq Əliyev: «Azərbaycan Trans-Anadolu qaz boru kəmərinin inşası layihəsinin reallaşmasında maraqlıdır»

Natiq Əliyev: «Azərbaycan Trans-Anadolu qaz boru kəmərinin inşası layihəsinin reallaşmasında maraqlıdır»
# 24 aprel 2012 09:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, sazişin imzalanma tarixi hələlik dəqiq məlum deyil.

N.Əliyev qeyd edib ki, sazişin mart-aprel aylarında imzalanması planlaşdırılsa da, sonradan müəyyən kiçik məsələlərin ortaya çıxması səbəbindən sənədin imzalanması bir qədər təxirə salınıb. Lakin bu boru kəmərinin tikintisi ilə bağlı hər iki dövlətin siyasi qərarları var və saziş mütləq imzalanacaq.

N.Əliyev bildirib ki, Türkiyə ərazisindən keçəcək Trans-Anadolu boru kəməri Türkiyə-Gürcüstan sərhədi ilə Türkiyə-Avropa sərhədini birləşdirəcək. Beləliklə, Azərbaycan qazı bu marşrutla Avropaya çatdırılacaq. «Bizim mövqeyimiz dəyişməzdir, Azərbaycan Avropa ölkələrinin, xüsusən də Cənub-Şərqi Avropa ölkələrinin enerji-qaz təhlükəsizliyini təmin etməyə hazırdır. Trans-Anadolu boru kəməri sağlam, rəqabətli bir layihədir və biz onun reallaşmasında maraqlıyıq», - deyə N.Əliyev vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR