Vaşinqtonda ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub – FOTO
25 iyul 2012 00:57 (UTC +04:00)
Bakı-APA. İyulun 24-də Vaşinqton şəhərində ABŞ və Azərbaycan Respublikası arasında növbəti təhlükəsizlik dialoqu keçirilib. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir. Təhlükəsizlik dialoqunda müvafiq olaraq xarici işlər nazirinin müavini Araz Əzimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, fövqəladə hallar nazirinin müavini Rəhim Lətifov, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə, Müdafiə Nazirliyinin idarə rəisi Ramiz Nəcəfov, Dövlət Gömrük Komitəsinin idarə rəisi Güloğlan Muradlı və yüksək vəzifəli rəsmi şəxslər daxil olub. ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endryü Şapironun rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin tərkibinə dövlət katibinin köməkçilərinin müavinləri Erik Rubin, Bet Makkormik, Ən Vitkovski, Castin Siberel, Henry Vuster, Din Pitman, Simon Limaj, ABŞ müdafiə katibinin köməkçisinin müavini Seleste Volonder, ABŞ-ın enerji nazirinin köməkçisinin müavini Vilyam Brayn, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Riçard Morninqstar və digər yüksək vəzifəli şəxslər daxil olub.
Müzakirələr zamanı ABŞ tərəfi Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəsini, xüsusilə Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyata töhfəsini yüksək qiymətləndirib. Hər iki tərəf təhlükəsizlik sahəsində həyata keçirilən ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini təqdir edərək bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.
Təhlükəsizlik dialoqunda tərəflər təhlükəsizlik sahəsində uğurla həyata keçirilən ABŞ-Azərbaycan əməkdaşlığı, o cümlədən enerji təhlükəsizliyi, dəniz təhlükəsizliyi, sərhəd təhlükəsizliyi sahəsində aparılan praktiki əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Əfqanıstan, regional təhlükəsizlik məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında faydalı müzakirələr aparılıb.
Azərbaycan və ABŞ arasında 1997-ci ildən bəri ildə bir dəfə keçirilən təhlükəsiz dialoqları tərəflərin təhlükəsizlik sahəsində əməkdaşlığının inkişaf etdirilməsində faydalı olub. Bu dəfəki ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu sayca 13-cü idi. Qeyd edək ki, növbəti təhlükəsizlik dialoqunun Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Xarici siyasət
TBMM Baş katibinin müavini Milli Məclisdə bir sıra görüşlər keçirib
18:06
23 may 2024
Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb
16:37
23 may 2024
Emoməli Rəhmon: Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq
16:18
23 may 2024
Emoməli Rəhmon Prezident İlham Əliyevi Tacikistana səfərə dəvət edib
16:12
23 may 2024