Azərbaycan Dövlət Neft Şirkətinin xam neft ixracından valyuta daxilolmaları ötən il 25% artıb

Azərbaycan Dövlət Neft Şirkətinin xam neft ixracından valyuta daxilolmaları ötən il 25% artıb
# 14 mart 2012 08:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil edilən 8,4 mln. ton xam neftin təxminən 2 mln. tonu və ya 23,81%-i xarici bazarlara satılıb.

«APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, 2011-ci ildə ixrac edilmiş xam neftə görə daxilolmalar 1 500,5 mln. ABŞ dolları təşkil edib, bu isə 2010-cu illə müqayisədə 299,3 mln. dollar və ya 25% çoxdur.

«Hesabat dövründə daxili bazarda 1 599,8 mln. manat məbləğində 3 689,7 min ton həcmində məhsul satılıb ki, bu da əvvəlki ilə nisbətən 448,3 min ton və ya 13%, dəyər ifadəsində isə 194,8 mln. manat və ya 13,87% çoxdur», - deyə hesabatda qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR