“Expressbank” “Mükafat” əmanətini təqdim edib

“Expressbank” “Mükafat” əmanətini təqdim edib
# 21 oktyabr 2014 09:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Expressbank” əmanət çeşidi sırasını genişləndirərək, müştərilərə “Mükafat” əmanətini təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər bu əmanət növü üzrə vəsait yerləşdirməklə, həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqlar, həm də daha çox gəlir əldə edəcəklər.

“Mükafat” əmanəti 1, 2, 3, 4 və 5 illik müddətə yerləşdirilə bilər. Əmanətin illik faiz dərəcəsi müddətdən asılı olmayaraq 9% təşkil edir. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimum 500 AZN / USD tələb olunur.

Əmanətin xüsusi üstünlüyü ondan ibarətdir ki, müddət və faizlərin ödənilmə növündən asılı olaraq, müştərilər müqavilə müddətinin sonunda “Expressbank”dan əmanətin həcminin 15%-dək mükafat ala biləcəklər. Bundan başqa, müştərilərə bank kartı da hədiyyə olunur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR