APA-nın verdiyi xəbərə görə, bu barədə diplomatın “Tvitter” səhifəsində yerləşdirilən məlumatda bildirilir.
C.Uorlikin Vyanaya səfərinin məqsədi Minsk qrupunun ofisini və ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişatı barədə məlumatladırmaqdır.
“Bu gün ATƏT-in Minsk qrupu bəyanat verəcək. Bəyanatda zorakılığın artmasından narahatlıq ifadə olunacaq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, dünən Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri keçirilib.