Qazaxıstanda Müslüm Maqomayevin 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Qazaxıstanda Müslüm Maqomayevin 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək
# 19 sentyabr 2012 16:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Qazaxıstanda Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley tədbiri sentyabrın 21-də Azərbaycanın Qazaxıstandakı səfirliyi və Astana şəhər rəhbərliyinin təşkilatçılığı ilə "Kazaxıstan" mərkəzi konsert salonunda baş tutacaq. Mərasimdə Qazaxıstanın mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Rusiya və Azərbaycandan gəlmiş incəsənət ustaları da iştirak edəcək, sənətkarın ölməz mahnıları ifa olunacaq.

Sentyabrın 19-da konsert salonunun foyesində böyük musiqiçinin həyat və yaradıcılığından bəhs edən fotosərgi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR