Gələn həftə Azərbaycan İpoteka Fondunun istiqraz emissiyasının növbəti yerləşdirilməsinə başlanacaq

Gələn həftə Azərbaycan İpoteka Fondunun istiqraz emissiyasının növbəti yerləşdirilməsinə başlanacaq
# 04 dekabr 2012 12:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca ilkin olaraq 5 mln. manat həcmində və 100,75% qiyməti ilə istiqraz çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il yanvarın 22-də icra olunacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti bu ilin yanvar ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İndiyədək sözügedən emissiyanın 20 mln. manatı yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan 4 buraxılış tam yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR