“İRƏLİ” və “Wake Up” Azərbaycanın təşkilatçılığı ilə Step Up flaşmobu keçirilib

“İRƏLİ” və “Wake Up” Azərbaycanın təşkilatçılığı ilə Step Up flaşmobu keçirilib
# 22 dekabr 2012 09:51 (UTC +04:00)

Bakı-APA. “İRƏLİ” İctimai Birliyi və “Wake Up” Azərbaycanın birgə təşkilatçılığı ilə Fəvvarələr meydanında gənc flaşmobçuların iştirakı ilə Step Up flaşmobu keçirilib. APA-nın məlumatına görə, 80 nəfərə yaxın gəncin qatıldığı flaşmob 5 dəqiqə davam edib və ətrafdakıların böyük marağına səbəb olub.

Qeyd edək ki, Step Up musiqili romans filmidir. İlk dəfə 2006-ci ildə Anna Fletçer tərəfindən səhnələşdirilib. Step Up Streets və Step Up 3D John M.Chu tərəfindən 2008 və 2010 illlərdə səhnələşdirilib. Step Up Revolution 2012-ci ildə səhnələşdirilib. Kino 4 hissədən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR