Oktyabrın 15-dən TQDK-nın fənlər üzrə elmi-metodiki seminarları başlayır

Oktyabrın 15-dən TQDK-nın fənlər üzrə elmi-metodiki seminarları başlayır
# 09 oktyabr 2014 11:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar oktyabrın 15-dən öz işinə başlayacaq.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilənn xəbərə görə, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimlərinin iştirakı nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayır və eyni qrafiklə fəaliyyət göstərir.

Seminarlarda iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.

Elmi-metodiki seminarların iş planına 2015-ci ildə keçiriləcək ali, orta-ixtisas təhsili müəssisələrinə və hərbi liseylərə qəbul imtahanlarının proqramlarının müzakirəsi və təkmilləşdirilməsi, 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili, qəbul imtahanlarında abituriyentlərin fənlər üzrə cavab verməkdə çətinlik çəkdikiləri bəzi test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələrin hazırlanması bu ilin qəbul imtahanları üçün yeni test modelinin hazırlanması və müzakirəsi və digər məsələlər daxildir.

Ayrı-ayrı fənlər üzrə elmi-metodiki seminar məşğələlərinin cədvəli TQDK-nın saytında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR