Gürcüstan MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru BDU-da olub

Gürcüstan MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru BDU-da olub
# 07 may 2015 09:06 (UTC +04:00)

Bakı – APA. Gürcüstan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Apollon Silaqadze və institutun elmi katibi Nino Ecibadze Bakı Dövlət Universitetində olublar.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov qonaqlara universitet haqqında məlumat verib, tarixi, beynəlxalq əlaqələri, ikitərəfli əməkdaşlıq proqramları, xarici universitetlər və assosiasiyalarla birlikdə görülən işlərdən bəhs edib.

Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizovun da iştirak etdiyi görüşdə ikitərəfli əlaqələrin qurulması, əməkdaşlıq müqaviləsinin bağlanması kimi məsələlər müzakirə olunub.

Sonda rektor A. Məhərrəmov qonaqlara xatirə hədiyyələri təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR