Arda Turan: “Bakıda özümü evimdəki kimi hiss edirəm”

Arda Turan: “Bakıda özümü evimdəki kimi hiss edirəm”
# 30 aprel 2013 06:38 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu fikirləri “Atletiko”nun türkiyəli futbolçusu Arda Turan Bakıda keçirilən mətbuat konfransında deyib.

O, “Bakı”nın bazasında keçirilən tədbirdə gördüyü xoş münasibətdən ağızdolusu danışıb: “Formamızın üzərində Azərbaycan sözü yazılmağı məni məmnun edir. Hər halda, biz bir millət, iki dövlətik. Bu layihənin həyata keçirilməyində böyük əməyi olan “Bakı”nın prezidenti Hafiz Məmmədova dərin minnətdarlığımı bildirirəm. Bura mənim öz doğma yurdumdur. Fürsətdən istifadə edib, “Fənərbaxça”ya da uğurlar arzulayıram. Türkiyə klubunun Avropa Liqasında finala çıxmağını arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR