Fiziki qüsurlu məhkumlar protezlə təmin olunublar

Fiziki qüsurlu məhkumlar protezlə təmin olunublar
# 14 iyul 2015 16:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki müəssisələrdə saxlanılan fiziki qüsurlu məhkumlar protezlərə təmin olunublar.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssisləri tərəfindən müxtəlif protezlərə ehtiyacı olan fiziki qüsurlu məhkumlar daim müayinədən keçirilir və protez ölçüləri götürülür.

Bu gün Penitensiar xidmətin Müalicə müəssisəsində 12 nəfər məhkuma əvvəlcədən ölçüləri götürülərək hazırlanmış protezlər və onlara aid ləvazimatlar təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin həkim-texnik briqadası protezlərdən istifadə qaydalarını məhkumlara izah edib.


Tədbirdə Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR