Çinin Tyantsin şəhərində güclü partlayış nəticəsində 42 nəfər ölüb - FOTO - YENİLƏNİB-3 - VİDEO

Çinin Tyantsin şəhərində güclü partlayış nəticəsində 42 nəfər ölüb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB-3  - <span style="color: red;">VİDEO
# 13 avqust 2015 04:35 (UTC +04:00)

Bakı-APA. Çinin Tyantsin şəhərində yanacaq anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

APA-nın “Sina” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb edilmiş 20 yanğınsöndürənin taleyi məlum deyil.

İtkin düşmüş yanğınsöndürənlərlə əlaqə təkrar partlayışdan sonra kəsilib.

***

05:20

Bakı-APA. Çinin Tyantsin şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.

APA-nın “China Daily” qəzetinə istinadən verdiyi xəbərə görə, azı 400 nəfər xəsarət alıb, onlardan 32-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yanacaq anbarında baş verən partlayış nəticəsində yaxınlıqdakı bina uçub, onlarla tikiliyə ziyan dəyib. Eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Partlayışın gücü elə həddə olub ki, yerli seysmoloji mərkəz tərəfindən qeydə alınıb. Məlumatlara görə, partlayış qonşu Xebey əyalətinin bir sıra bölgəsində hiss edilib.

Hazırda yanğınsöndürənlər partlayışdan sonra əmələ gəlmiş yanğını lokallaşdırmağa çalışır.

***

02:05

Bakı-APA. İlkin məlumatlara əsasən, Çinin Tyantsin şəhərində baş verən güclü partlayış nəticəsində 13 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Jenmin jibao” qəzeti yazıb.

Bildirilir ki, yanacaq anbarında baş verən partlayış nəticəsində 13 nəfər ölüb, dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

***

00:40

Bakı-APA. Çinın Tyantsin şəhərində güclü partlayış nəticəsində xəsarət alanların sayı 300 nəfəri ötüb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış yanacaq anbarında baş verib.

Son məlumatlara əsasən, 30 saniyə ərzində tikilidə iki güclü partlayış qeydə alınıb.

Qeyd edək ki, Çinin ən iri şəhərlərindən biri olan Tyantsin paytaxt Pekindən 200 km aralıda yerləşir.

***

23:23

Bakı-APA. Çinin şimalında Tyantsin şəhərində güclü partlayış baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə azı 50 nəfər xəsarət alıb.

Məlumata görə, partlayış 10 km radiusunda hiss edilib, bir neçə binanın şüşələri sınıb.

Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR