Gəncə sakinindən narkotik vasitə və tapança götürülüb

Gəncə sakinindən narkotik vasitə və tapança götürülüb
# 11 dekabr 2014 10:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Gəncə sakinindən narkotik və silah götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Adıgözəlovdan 1 qram heroin, nömrəsi silinmiş “Revolver” tipli tapança və 14 ədəd müxtəlif çaplı patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR