İtaliyanın Milli Elmi Şurası ilə AMEA arasında əməkdaşlıq sazişi imzalanıb

İtaliyanın Milli Elmi Şurası ilə AMEA arasında əməkdaşlıq sazişi imzalanıb
# 24 iyun 2016 11:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri davam edir. AMEA-nın mətbut xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 23-də İtaliyanın Milli Elmi Şurasının (CNR) rəhbəri və İdarə Heyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə əsas məqsəd CNR ilə AMEA arasında mövcud olan elmi əməkdaşlıq sazişinin yenilənməsi, 2011-ci ildən indiyədək iki qurumun birgə elmi layihələrinin nəticələrinin müzakirəsi olub. Müzakirələr zamanı, İtaliyanın elmi müəssisələri ilə AMEA-nın institut və təşkilatları arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.


Akademik Akif Əlizadə AMEA-nın elmi prioritet istiqamətləri üzrə (kök hüceyrələr “stem cells”, InSAR peyk texnologiyasının Azərbaycanın Yer elminə geniş tətbiqi və s.) layihələrin genişləndirilməsinin zəruriliyini qeyd edib, AMEA-nın Yer Elmləri Bölməsinə müvafiq tapşırıqlar verib.



Elmi əməkdaşlıq sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və CNR-in prezidenti, professor Massimo İnquskio, Əməkdaşlıq proqramı isə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante arasında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR