Bakıda 5 otaqlı ev yanıb

Bakıda 5 otaqlı ev yanıb
# 01 iyul 2016 19:17 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR