Gürcüstanda beynəlxalq xalça simpoziumu keçirilir

Gürcüstanda beynəlxalq xalça simpoziumu keçirilir
# 10 iyun 2016 17:42 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Axaltsixedəki Rabat qalasında təşkil olunan sərgi festivalı çərçivəsində “Xalça mədəni irsi yaddaş kimi” adlı simpozium açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyinin dəstəyi, Gürcüstan Xalq və Tətbiqi İncəsənət Muzeyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, Gürcüstan Milli Muzeyi və İpək Muzeyinin təşkilatçılığı ilə keçirilir.

Simpoziumda Azərbaycanın xalça ustaları, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin keçmiş rəhbəri, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva, Azərbaycan Xalça Muzeyinin direktor müavini Yalçın Səlimov, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva və başqaları iştirak ediblər.

Simpoziuma İngiltərə, Hindistan, İran, Azərbaycan, Qırğızıstan, Estoniya, İsveç, Gürcüstan, Ermənistan və digər ölkələrdən xalça ustaları qatılıblar.

Qeyd edək ki, Axaltsixedəki Rabat qala-qəsrdə keçirilən sərgi festivalı çərçivəsində Azərbaycan xalçalarının nümayişi üçün pavilyon ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR