Qusarda “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirilib

Qusarda “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirilib
# 14 iyul 2015 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Qusarda yerli gənclər və dini icma rəhbərləri üçün “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, mühazirəçi mərkəzin analitika şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə olub.

Gənclər evində keçirilən tədbirdə iştirakçıların diqqətini multikulturalizm anlayışının mahiyyəti, bu sahədə Azərbaycan dövlətinin yürütdüyü siyasət, həyata keçirdiyi tədbirlərə cəlb edən natiq multikulturalizm dəyərlərinin müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında da məlumat verib.

N.Qasımzadə eyni zamanda Azərbaycanın multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərindən söz açaraq dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb.

Qeyd edək ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində gerçəkləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR