Prezident İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib

Prezident İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib
# 20 iyul 2015 20:51 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. APA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR