Manat avroya nisbətən bahalaşıb

Manat avroya nisbətən bahalaşıb
# 17 iyun 2016 07:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5180 manat təşkil edib.

Avro isə manata qarşı ucuzlaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,05% ucuzlaşaraq 1,7074 manata çatıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,43% zəifləyərək 0,0231 manat olub.

Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,04% güclənərək 0,5184 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1622 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,7%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,49% ucuzlaşaraq 0,7057 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR