"Azərsu" ötən ili zərərlə başa vurub

"Azərsu" ötən ili zərərlə başa vurub
# 06 iyul 2015 09:03 (UTC +04:00)

Bakı - APA-Economics. 2014-cü ildə "Azərsu" ASC-nin aktivləri 17,5% azalaraq 457,497 mln. manat olub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin konsolidə edilmiş maliyyə hesabatında qeyd edilib.

Hesabat dövründə müəssisənin uzunmüddətli aktivləri 385,769 mln. manat, cari aktivləri 71,728 mln. manat təşkil edib.

ASC-nin nizamnamə kapitalı dəyişməyərək 400 mln. manat.

Hesabat dövründə "Azərsu"nun cəmi öhdəlikləri 812,909 mln. manat olub ki, bu da 2013-cü illə müqayisədə 43,5% çoxdur. Öhdəliklərin tərkibində uzunmüddətli öhdəliklərin payı 93,582 mln. manat, cari öhdəliklərin payı isə 719,327 mln. manatdır. Cari öhdəliklərin strukturunda əsas pay sahibi ticarət və digər kreditor borclardır. Belə ki, bu qəbildən olan öhdəliklərin həcmi 438,656 mln. manatdır. Faiz hesablanan kreditlər və borc öhdəliklərinin həcmi 213,245 mln. manatdır. Digər vergilər və cərimələr üzrə kreditor borcu 59,804 mln. manat, mənfəət vergisi üzrə kreditor borcu 5,514 mln. manat təşkil edib.

"Azərsu" ötən ili 886,032 mln. manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR