Cəbhədə şəhid olan hərbçilərdən daha biri dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB-2

Cəbhədə şəhid olan hərbçilərdən daha biri dəfn edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB-2
# 01 avqust 2014 18:28 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Cəbhə xəttində şəhid olan Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Əlicoşqunov Mustafa Əhməd oğlu bu gün axşam saatlarında yaşadığı Yeni Həyat qəsəbəsində torpağa tapşırılıb.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon hüquq mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyəti iştirak edib.

****20.18

Masallı. Ağəddin Babayev-APA. Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi bu gün doğulduğu Masallı rayonuna gətirilib.

APA-nın cənub bürosunun məlumatına görə, əsgərin nəşi doğma kəndləri olan Köçəkli kənd qəbirsanlığında torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı Rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanı nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Əli Rəhimov bir il öncə hərbi xidmətə çağırılıb.

***

18:01

Bakı-APA. Dünən ermənilərin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilərdən biri İbrahimov Elnur Məhyəddin oğlu dəfn edilib.

APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhid Elnur İbrahimov anadan olduğu Vladimirovka kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhum hərbçinin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağdam istiqamətində şəhid olan hərbçilərdən biri, 19 yaşlı Səftər Əlihüseyn oğlu Məmmədov Salyan rayonunda torpağa tapşırılıb.

APA-nın bölgə müxbirinin məlumatına görə, şəhid doğulduğu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.

Səftər Məmmədov ailənin yeganə oğlu, 3 bacının kiçik qardaşı olub.

Allah rəhmət eləsin!

***

17:01

Tovuz. Azər Məmmədli - APA. Ötən gecə Tərtər rayonunda düşmənin hücumunu dəf edərkən şəhid olan Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov torpağa tapşırılıb.

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, V. Poladov doğulduğu Yuxarı Öysüzlü kəndində dəfn olunub.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin komandir və zabit heyəti, Tovuz rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin nümayəndələri, habelə kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb. Onun cəsur, vətənini sevən bir əsgər olduğu qeyd edilib.

Qeyd edək ki, V. Poladov ötən ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. O, ailənin tək oğlan övladı olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR