AMEA-nın magistratura səviyyəsinin tələbələrinə kredit sistemi ilə tədrisin təşkili qaydaları müəyyənləşdəirilib

AMEA-nın magistratura səviyyəsinin tələbələrinə kredit sistemi ilə tədrisin təşkili qaydaları müəyyənləşdəirilib
# 21 iyun 2016 23:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bu Qaydalar artıq Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə də şamil olunacaq.

İndiyə qədər ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması üçün yay semestri təşkil olunub. Dəyişikliyə əsasən isə bundan sonra ali təhsil müəssisəsi tələbələri ilə bərabər, AMEA-nın magistratura səviyyəsinin tələbələrinə, həmçinin AMEA-nın təklif etdiyi ayrı-ayrı fənlər üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması üçün yay semestri təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR