Əfqanıstan parlamentinin deputatı partlayış nəticəsində həlak olub

Əfqanıstan parlamentinin deputatı partlayış nəticəsində həlak olub
# 05 iyun 2016 17:57 (UTC +04:00)

Bakı-APA. Bu gün Əfqanıstan parlamentinin deputatı Şir Vəli Vardak paytaxt Kabildə evinin qarşısında törədilən partlayış nəticəsində həlak olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 11 nəfər də xəsarət alıb.

Ş. V. Bardak Əfqanıstan təhsil naziri Faruk Vardakın qardaşıdır. Partlayışa görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR