Hüquq müdafiəçisi Bakı Şəhər Baş Polisi İdarəsinin rəisi ilə görüşüb

Hüquq müdafiəçisi Bakı Şəhər Baş Polisi İdarəsinin rəisi ilə görüşüb
# 30 oktyabr 2014 12:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Bakı Şəhər Baş Polisi İdarəsinin rəisi Rafiq Abbasovla görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, görüşdə insan hüquq və azadlıqları, polis şöbələrinin müvəqqəti saxlanma yerlərinin şəraiti və digər məsələlər haqqında söhbət ediblər: “Görüş zamanı Bakıda yerləşən polis şöbələrində keçirdiyimiz monitorinqlərin nəticələri barədə məlumat verdim. Rafiq müəllim bildirdi ki, saxlanma yerlərinin vəziyyəti, şəraiti özünün və daxili işlər naziri Ramil Usubovun nəzarətindədir ”.


E. Behbudov köməkçisi Rövşən Məmmədov və komitənin əməkdaşı Cavanşir Mustafayevlə birlikdə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirdiklərini də bildirib: “Monitorinqin məqsədi saxlanılan şəxslərin saxlanma şəraiti ilə maraqlanmaq idi. Hər hansı qanun pozuntusu aşkar olunmadı. Daşkəsəndə polis və vətəndaş münasibəti haqqında sorğu da keçirdik. Vətəndaşların polislərə münasibəti normaldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR