Azər Maqsudov: "Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində 12 nəfərin müalicəsi davam edir"

Azər Maqsudov: "Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində 12 nəfərin müalicəsi davam edir"
# 20 may 2015 07:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. Bakıda yanğın baş verən binadan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən xəsarət alanlardan 12-si müalicəsini davan etdirir. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, onlardan 3-ü uşaq, 9-u böyükdür. Hazırda müalicəsini davam etdirənlərin vəziyyəti stabildir.

Hadisə nəticəsində mərkəzə gətirilənlərdən biri dünyasını dəyişib. O, 1947-ci il təvəllüdlü Elmira Yəhyayevadır. Həkimlərin səyinə baxmayaraq, dəm qazından və tüstüdən boğulma ilə xəstəxanaya gətirilən qadınının həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR