Tatarıstanda mikroavtobusla minik avtomobili toqquşub, altı nəfər ölüb

Tatarıstanda mikroavtobusla minik avtomobili toqquşub, altı nəfər ölüb
# 26 iyun 2016 11:46 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Tatarıstan Respublikasında sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər ölüb.

APA-nın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dəhşətli yol qəzası iyunun 26-da Tatarıstanın Tülaçinsk rayonu ərazisində - Kazan-Şemordan yolunun 86 km-liyində qeydə alınıb.

İlkin məlumata görə, qəzaya “Hyundai” markalı minik avtomobilinin qarşı yola çıxması səbəb olub.

Ölənlərdən ikisi minik avtomobilində olanlar, dörd nəfəri isə “Citroen Jumper” mikroavtobusunun sərnişinidir. Daha yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arasında yeniyetmələr də olan xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR