Türkiyəli professor: “Azərbaycanın Avropa Oyunları keçirməsi sülhə xidmət edən addımdır”

Türkiyəli professor: “Azərbaycanın Avropa Oyunları keçirməsi sülhə xidmət edən addımdır”
# 29 aprel 2015 15:00 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında İstanbuldakı Kültür Universitetinin beynəlxalq münasibətlər kafedrasının professoru Mənsur Akgün deyib. Avropa Birliyi ilə münasibətlər sahəsində Türkiyənin tanınmış alimlərindən olan professor Mənsur Akgün “Bəzi qüvvələr Azərbaycanın Avropa Oyunlarına hazırlıq prosesini tənqid edirlər. Bunu necə qiymətləndirirsiniz?” - sualına belə cavab verib:

“Tənqid həmişə olacaq, ona görə də Azərbaycan bunu normal şəkildə qarşılayaraq hazırlıq işlərini lazımi şəkildə davam etdirməlidir. Azərbaycan iqtisadi cəhətdən zəngin ölkə olduğuna görə, bəzi ölkələr onun atdığı addımları qəbul edə bilməyib tənqid yolunu seçirlər. Digər tərəfdən, Ermənistan-Azərbaycan problemində qarşı tərəfin mövqeyində olan ölkələr də Avropa Oyunlarına hazırlıq prosesində Azərbaycanı hədəf almağı özünə fürsət bilir. Dağıtmağı qarşısına məqsəd qoyan tənqid olduğu kimi, konstruktiv və işləri daha düzgün şəkildə qurmağa kömək edən tənqid də var. Azərbaycan bu oyunların keçirilməsi istiqamətində xoş niyyət və iradə nümayiş etdirdiyinə görə, qərəzli tənqidlərə qulaq asmamalı, konstruktiv tənqiddən isə düzgün nəticələr çıxarıb inamla yoluna davam etməlidir”.

M. Akgün qeyd edib ki, əvvəldən bəri olimpiadaların təşkilinin məqsədi ölkələr və xalqlar arasında sülh yaratmaqdır: “Bunu bilməyən yoxdur. Avropa Oyunları keçirməyi öz öhdəsinə götürmüş Azərbaycanın da bundan başqa heç bir niyyəti ola bilməz. Hazırlıq proseslərini yaxından izləyirəm. Məncə, Azərbaycan özü bütün sahələrdə lazım bildiyi dəyərləndirmələri etməli və nöqsanlar varsa, özü aradan qaldıraraq oyunları yüksək səviyyədə keçirməlidir. Azərbaycanın bunu bacaracağına inanıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR