Millət vəkili: “Milli Şura”nın mitinqində AXCP fəallarının İŞİD-in bayrağının qaldırılması onların şübhəli əlaqələrindən xəbər verir”

Millət vəkili: “Milli Şura”nın mitinqində AXCP fəallarının İŞİD-in bayrağının qaldırılması onların şübhəli əlaqələrindən xəbər verir”
# 12 oktyabr 2014 18:24 (UTC +04:00)

Bakı-APA. “Milli Şuranın bu gün keçirdiyi mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə “facebook”dakı səhifəsində yazıb.

A. Mirzəzadə keçirilmiş mitinqi “kiçik bir tədbir” adlandırıb: “Hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən “siyasətçilər” kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular. Yəni, bugünkü tədbiri qətiyyən mitinq adlandırmaq olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir.

Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvələr, “Məhsul” stadionunun onda birini dolduracaq qədərdir”.

Millət vəkili qeyd edib ki, Milli Şuranın mitinqində təşkilatçılıq və sistemlilik olmayıb: “Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qalıdırılması da, istənilən tədbirdə görünmək arzusundan başqa bir şey deyildi. Bu gün seçkidən-seçkiyə blok yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından" başqa bir şey deyildi”.

Onun sözlərinə görə, bu aksiya “Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını” ortaya qoyub: ““Milli Şura”nın keçiridiyi mitinqində AXCP fəalları tərəfindən “İraqın Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR