Avropa Məhkəməsinin Palatası Sakit Zahidovun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb

Avropa Məhkəməsinin Palatası Sakit Zahidovun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb
# 12 noyabr 2015 11:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidovun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının istintaqın ədalətli aparılmasını əks etdirən 6-cı maddəsinin pozulmasını təsdiqləyib.

AİHM həmçinin 9 min avro dəyərində mənəvi və 3, 048 avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.

Qeyd edək ki, S. Zahidov hazırda Belçikada yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR