Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq aparıblar

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq aparıblar
# 15 oktyabr 2014 08:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov, onun müavini Elçin Şirinov və komitənin Şəki-Zaqatala Regional Mərkəzinin rəhbəri Rafiq Lətifov bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Şəki rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq aparıblar: “Daxili işlər naziri Ramil Usubovun əmri ilə bütün polis şöbələrinin görüş otağına televizorlar və şəhər telefonları quraşdırılıb ki, həbs olunan şəxslər 5 dəqiqə ərzində yaxınlarına məlumat verə bilsinlər. Bu, Avropa standartlarına uyğundur. Polis şöbələrində inzibati qaydada həbs olunan şəxslər saxlanılırdı. Saxlanma şəraitindən şikayətləri olmadı, lakin məhkəmə qərarından narazılıqlarını bildirdilər”.

E. Behbudov Zaqatalada olarkən vətəndaşlar arasında polisə qarşı münasibətlə bağlı sorğu keçirdiklərini də bildirib: “Polisə qarşı münasibət müsbətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR