Qurban Yetirmişli: “Masazırda qır yatağı üzərində təhlükəli zonada tikilən evlər və binalar köçürülməlidir”

Qurban Yetirmişli: “Masazırda qır yatağı üzərində təhlükəli zonada tikilən evlər və binalar köçürülməlidir”
# 07 sentyabr 2015 12:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Masazırda qır yatağı üstündə evlər, binalar tikiblər. Tədqiqat apardıq, ən gərgin sahələri aşkarladıq".

APA-nın məlumatına görrə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişli Masazırda qır yatağı üzərində lap təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib: "Yəqin ki, dövlət qurumları tərəfindən lazımi addımlar atılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR