Milli Şuranın üzvü: "Müsavatın seçkidə iştirakını dayandırması gecikmiş addımdı"

Milli Şuranın üzvü: "Müsavatın seçkidə iştirakını dayandırması gecikmiş addımdı"
# 28 oktyabr 2015 15:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarı çox gecikib. Milli Şuranın bununla bağlı sentyabrın 10-da qəbul etdiyi bəyanatı Müsavat Partiyası bu gün təkrarlayıb. Sanki sadalanan problemlər onlara indi çatıb. Müsavat Partiyası əslində seçkidə iştirak etməklə, parlament seçkisini qüvvəyə mindirib. Namizədlərinin adları da seçki bülletenlərindədir. Bundan sonra hansısa qərar qəbul etməyin heç bir əhəmiyyəti yoxdur”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib.

R. Manaflı Müsavat Partiyasının parlament seçkiləri ilə əlaqədar fəaliyyətini tənqid edib: “Mübarizədən, bölgələrdə əhali ilə görüşdən danışırlar. Məndə olan məlumata görə, heç kimlə görüşməyiblər, 1-2 görüş keçiriblər”.

R. Manaflı əlavə edib ki, televiziyada deputatlığa namizədlərin debatının təşkil olunmamasını müxalif partiyalar özləri ilə əlaqələndirir: “Guya onlar namizəd kimi çox ciddi problemlərə toxunacaqdılar, hakim partiya da bundan qorxaraq debatlardan imtina edib. Ancaq bu da, belə deyil”.

Qeyd edək ki, bu gün Müsavat Divanın qərarı ilə partiya noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakını dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR