Azərbaycana qaçaqmalçılıq yolu ilə mobil telefon və aksessuarların keçirilməsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə mobil telefon və aksessuarların keçirilməsinin qarşısı alınıb
# 03 iyun 2015 07:50 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın gömrükçüləri qaçaqmalçılığın qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı, Bakı şəhər sakini Süleymanov Emin Məmmədağa oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E240” markalı 99-DM-819 dövlət nömrə nişanlı minik avtomobilinə “Smiths Heimann HCVG” yük yoxlama-baxış sistemi ilə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 127 ədəd müxtəlif markalı mobil telefonlar, eləcə də külli miqdarda mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR