Şeyxülislamla Patriarx Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər - FOTO

Şeyxülislamla Patriarx Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər - <span style="color: red;">FOTO
# 26 sentyabr 2014 18:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Provaslav dünyası ilə müsəlman Azərbaycanı arasında münasibətləri yaxşılaşdırmağa ehtiyac yoxdur. Çünki münasibətlər olduqca yaxşıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill bildirib.

Patriarx Qafqazın Şeyxi Allahşükür Paşazadə ilə arasında gözəl və mehriban münasibətlərin mövcud olduğunu söyləyib: "Biz daim bir-birimizlə işgüzar əlaqədəyik. Üzərində işlədiyimiz məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir: “Biz problemin üzərində ermənilərin katalikosu ilə birlikdə işləyirik. Bu gün də biz münaqişənin həlli istiqamətində bundan sonra nə kimi işlər görə biləcəyimizi müzakirə etdik. Yaxın və Orta Şərqdə baş verən proseslər də müzakirə mövzusu oldu. Hansı ki, həmin proseslər bu gün bütün dünya üçün təhdid sayılır. Radikal qüvvələr dini amildən istifadə edirlər. Bütün bu baş verənlər müsəlman Azərbaycanı və provaslav Rusiyanı çox narahat edir".

Patriarx Kirill Bakiya səfərinin gündəmdə olduğunu, lakin hələ konkret tarixin müəyyənləşmədiyini də söyləyib.

Qafqaz Müsəlmanları İdarəsini sədri Allahşükür Paşazadə də patriarx Kirillə keçirdiyi görüşdən məmnun qaldığını söyləyib: "Bugünkü görüşdə təkcə müsəlman Azərbaycanla provaslav Rusiya arasında dini münasibətlərin deyil, bütün Yaxın və Orta Şərqdə baş verən münaqişələrin sülh yolu ilə həlli müzakirə olundu. O cümlədən Dağlıq Qarabağ münaqişəsi və Ukraynada baş verən prosesləri və onların sülh yolu ilə həlli yollarını müzakirə etdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR