Bakıda üçüncü mərtəbədən yıxılan uşaq ölüb

Bakıda üçüncü mərtəbədən yıxılan uşaq ölüb
# 29 iyun 2016 10:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda azyaşlı faciəli şəkildə ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyunun 28-də M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, azyaşlı İmran Quliyev evin pəncərəsindən (3-cü mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR