Kiyevdə avtobus dayanacağında partlayış baş verib

Kiyevdə avtobus dayanacağında partlayış baş verib
# 02 aprel 2015 08:34 (UTC +04:00)

Bakı – APA. Kiyevdə avtobus dayanacağında partlayış baş verib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, yalnız yaxınlıqdakı aptekin şüşələri sınıb.

Hazırda hadisə yerində müstəntiqlər işləyirlər.

Xatırladaq ki, bir müddət öncə Odessada terror aktlarının törədilməsində şübhəli bilinən 3 “kommunist-terrorist” saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR