Bakı – APA. Qəzza zolağında İsrail ordusu və fələstinlilər arasında döyüşlər yenidən başlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, gün ərzində 12 fələstinli İsrailin bərpa etdiyi "Sarsılmaz qaya" əməliyyatının qurbanı olub. Onlardan əksəriyyətinin uşaqlar olduğu bildirilir.
France-Presse agentliyinin məlumatına əsasən, İsrailin Qəzza zolağı ilə sərhəd ərazisi qumbaraatanlardan atəşə tutulub. Nəticədə 4 dinc sakin öldürülüb, 10 nəfər yaralanıb.