Hesablama Palatası Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində yoxlama aparacaq

Hesablama Palatası Azərbaycanın  Mərakeş Krallığındakı səfirliyində yoxlama aparacaq
# 24 noyabr 2014 11:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy rayon İcra Hakimiyyətinə və Şirvan şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında dövlət büdcəsindən Abşeron rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Goranboy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit proqramları təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR