Azərbaycan qızıl istehsalını bir il ərzində 12% artırıb

Azərbaycan qızıl istehsalını bir il ərzində 12% artırıb
# 16 dekabr 2014 11:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 684,3 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin 11 ayı ilə müqayisədə 11,9% çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 73,0 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə 231,9 kq gümüş istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 62,2% azdır. Nəticədə bu ilin dekabrın 1-nə 5,0 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR