Bakı Sağlamlıq Mərkəzində həyata keçirilən hər 6 doğuşdan 1-i qeysəriyyə əməliyyatı ilə olub

Bakı Sağlamlıq Mərkəzində həyata keçirilən hər 6 doğuşdan 1-i qeysəriyyə əməliyyatı ilə olub
# 10 iyul 2014 12:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yeni istifadəyə verilən Bakı Sağlamlıq Mərkəzində son 3 həftə ərzində 42 doğuş həyata keçirilib.

APA-nın xəbərinə görə, mərkəzin Doğum şöbəsinin müdiri Rəşad Sultan jurnalistlərə açıqlamasında deyib ki, 42 doğuşdan 7-si qeysəriyyə əməliyyatı ilə olub.

Onun sözlərinə görə, bu o deməkdir ki, hər 6 doğuşdan 1-i qeysəriyyə əməliyyatı (15-20%) ilə nəticələnibsə, qalanları normal doğuşdur.

Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzində 12 mərtəbəli doğum korpusu tikilib. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə sərəncam imzalayıb. Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Bakı Sağlamlıq Mərkəzinin yanvarın 7-də rəsmi açılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR