Azərbaycanın Koreyadakı səfirliyi Seuldakı Multikulturalizm Muzeyinə hədiyyələr verib - FOTO

Azərbaycanın Koreyadakı səfirliyi Seuldakı Multikulturalizm Muzeyinə hədiyyələr verib - <span style="color: red;">FOTO
# 17 oktyabr 2014 08:57 (UTC +04:00)

Bakı - APA. Seul şəhərində fəaliyyət göstərən Multikulturalizm Muzeyində “Səfirliklərin muzeyə töhfələri” adlı sərginin açılış mərasimi keçirilib.

Azərbaycanın Cənubi Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Seul şəhər meriyasının rəhbərliyi və Seulda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən natiqlər Multikulturalizm Muzeyinin fəaliyyəti barədə danışıb, Seulda fəaliyyət göstərən səfirliklər tərəfindən muzeyə edilmiş ianələr əsasında təşkil olunmuş sərginin Seul sakinlərinin və yerli turistlərin, digər ölkələrin mədəniyyəti ilə tanış olmaları baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Daha sonra rəsmi qonaqlar tərəfindən sərginin rəsmi açılışını əks etdirən lent kəsilib.

Multikulturalizm Muzeyinə Azərbaycanın Koreyadakı səfirliyi tərəfindən Azərbaycana dair suvenirlər, Azərbaycanın mədəniyyət abidələrinin həkk olunduğu xəritə, Azərbaycan xalçası, Milli Elmlər Akademiyası tərəfindən çap olunmuş “Azerbaijan carpet - İrevan group” adlı kitab və fotoşəkilllər ianə edilib.

Açılış mərasimindən sonra sərgiyə baxış zamanı Azərbaycan stendi tədbir iştirakçılarında böyük maraq yaradıb və onlar tərəfindən Azərbaycan mədəniyyəti və tarixinə dair çoxsaylı suallar ünvanlayıb.

Tədbirdə Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov iştirak edib. Sərgi 30 noyabr tarixlərinə qədər şəhər ictimaiyyəti və turistlər üçün açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR