Bakıda 2 otaqlı ev yanıb

Bakıda 2 otaqlı ev yanıb
# 20 sentyabr 2014 22:16 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı tikintisi başa çatmayan evdə baş verib. Nəticədə, evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR